Gündəm / Cəmiyyət
31 mart 2022
76
Azərbaycanda məktəb çökdü - ÖLƏNLƏR VAR (YENİLƏNİB)
Təhsil Nazirliyi Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi ilə bağlı məlumat yayıb.
Məlumatda deyilir:
"Naxçıvan Muxtar Respublikasının Babək rayonu Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəb binasının çökməsi nəticəsində şagird və müəllim kollektivi arasında çoxsaylı tələfatın, yaralıların olması ilə bağlı mediada yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur.
Aidiyyəti qurumlara istinadən bildiririk ki, həmin məktəbdə aparılan təmir-tikinti işləri ilə əlaqədar 1 mart 2022-ci il tarixindən məktəbin şagird kontingenti Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəbdə təhsillərini davam etdirirlər.
Qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".
***14:13
Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm qəsəbəsində 3 saylı tam orta məktəb çöküb.
Hadisə məktəbdə inşaat işləri aparılan zaman baş verib.
Hadisə nəticəsində məktəbin inşaat işində çalışan fəhlələrdən ölənlər və yaralananlar var.

Daha çox xəbər:

İlham Əliyev bu məktəbdə yaradılan şəraitlə tanış oldu
Gündəm / Siyasət
Bakıda yanğın baş verən məktəb distant təhsilə keçdi
Gündəm / Cəmiyyət
Bakıda qəzalı vəziyyətə düşən məktəb bağlandı - FOTO
Təhsil
Bakıda daha bir məktəb koronavirusa görə BAĞLANDI
Gündəm / Cəmiyyət
Nazirlik şagirdlərin X sinfə qəbulu ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət