Gündəm / Cəmiyyət
09 aprel 2022
24
Depressiya halları 25 faiz artıb - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə COVID-19 pandemiyasından sonra insanlarda narahatlıq və depressiyanın təkrarlanma halı 25 faiz artıb.
Qapanma, tənhalıq, virusa yoluxma qorxusu, həmçinin maddi problemlər bir çox xəstəliklərin yaranmasına və inkişaf etməsinə səbəb oldu. ÜST bu kimi halların qadınlar, yeniyetmələr və fiziki qüsurları olan şəxslər üçün daha təhlükəli olduğunu bildirir.
Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qadınlarda daha çox qeydə alınan narahatlıq, kədər və stres hallarının pandemiya dövründə on faiz artdığı qeyd edilib. Amerika Birləşmiş Ştatları və Kanadanın səhiyyə qurumlarının məlumatına əsasən, bu ölkələrdə işçilər əsəb və gərginlik halından əziyyət çəkirlər. Depressiyadan əziyyət çəkən yeniyetmə və gənclərin sayı 2021/2022-ci illərdə 20 faiz artdığı müşahidə olunub. Depressiya halı, psixoloji gərginlik və yeniyetmələrin cəmiyyətdən uzaqlaşması bəzi hallarda intiharlara da gətirib çıxarır.
Qeyd edək ki, Finlandiya, Danimarka, İslandiya, İsveçrə və Niderland pandemiya dövründə bu kimi halların ən az baş verdiyi ölkələrdir.

Daha çox xəbər:

Kök uşaqların sayı artır
İdman
ÜST: “İkinci dalğanın qarşısı alına bilər”
Gündəm / Səhiyyə
ÜST: Dünyada son gündə koronavirusa 203 min yoluxma aşkarlandı
Dünya / Səhiyyə
ÜST-dən Azərbaycan yoluxma sayının artması ilə bağlı AÇIQLAMA
Gündəm / Səhiyyə
İsti günlərdə koronavirusa yoluxmanın olmayacağı ilə bağlı sübut yoxdur - ÜST rəsmisi
Cəmiyyət / Sosial