Gündəm / Cəmiyyət
11 aprel 2022
343
TƏBİB: Gecə klubundakı partlayışda yaralananlardan birinin vəziyyəti ağırdır - FOTO
Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanların vəzityyəti açıqlanıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirlib ki, Seneqal vətəndaşı ağ ciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir: "Xatırladaq ki, Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur. Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb".
Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib./ölkə.az/

Daha çox xəbər:

Gecə klubunda xəsarət alanlardan daha bir nəfər vəfat ETDİ
Gündəm / Hadisə
Partlayışda yaralananların son vəziyyəti AÇIQLANDI
Gündəm / Hadisə
Ötən gün Bakıda bu səbəbdən 9 nəfər xəsarət aldı
Gündəm / Cəmiyyət
Çində zavodda partlayış..Ölənlər var!!
Hadisə
"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var (YENİLƏNİB)
Gündəm / Hadisə