Gündəm / Dünya
16 aprel 2022
19
Tunisdə içərisində Azərbaycan vətəndaşları olan gəmi batdı
Tunisin Qabes şəhər limanı yaxınlığında ticarət gəmisi batıb.
Bu barədə yerli Mülki Müdafiə İdarəsi məlumat verib.
Gəminin Türkiyə və Azərbaycan vətəndaşlarından ibarət yeddi nəfərlik heyət üzvü olub. Qeyd olunur ki, heyət üzvləri xilas edilib və Qabes şəhərində xəstəxanaya yerləşdiriliblər.
Bildirilib ki, Ekvatorial Qvineyadan hərəkət edən gəmi gövdəsinə su dolması səbəbindən batmağa başlayıb. Heyət üzvləri siqnal raketlərindən istifadə ediblər və sahil mühafizəsi bunun vasitəsilə vəziyyətdən xəbərdar edilib.
Mənbə: RİA Novosti
Daha çox xəbər:
Azərbaycan Türkiyəyə yardımla bağlı 500 nəfərlik şəxsi heyət və helikopterlər göndərir
Gündəm / DünyaDaha 22 nəfər gəmi ilə Qazaxıstana yola salınıb
CəmiyyətDünyanın ən böyük konteyner gəmisi ilk səfərinə başlayıb
DünyaYenə miqrant daşıyan qayıq batdı: 60 ölü
Hadisə / DünyaSOCAR partlayış baş verən əraziyə gəmi göndərib - RƏSMİ
Gündəm / Cəmiyyət