Gündəm / Cəmiyyət
16 aprel 2022
22
Bu şəxslər enerji içkilərini qəbul etməməlidirlər - Nazirlik

Səhiyyə Nazirliyi 22 yaşdan aşağı olanlara enerji içkilərini qəbul etməməyə çağırıb.
Bu barədə nazirliyin feysbuk səhifəsində məlumat paylaşılıb.
Bildirilib ki, enerji içkilərinin gündəlik qəbulu normadan artıq olduqda ürək ritmini pozur: "Hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar yaranır".
Məlumatda qeyd olunub ki, bu içkilər uşaqların, yeniyetmələrin inkişafında da problemlər yaradır: "22 yaşdan aşağı olanlar isə enerji içkilərini qəbul etməməlidilər. Enerjili içkiləri orqanizmdə D vitamininin mənimsənilməsinin qarşısını alır".

Daha çox xəbər:

Enerji içkiləri ilə bağlı əhaliyə - Çağırış
Gündəm / Cəmiyyət
Çin şirkəti Azərbaycanda "yaşıl enerji"nin istehsalında iştirak etməyi planlaşdırır
İqtisadiyyat / Dünya
Prezidentdən “Bərpa olunan enerji mənbələrindən istifadə" ilə bağlı FƏRMAN
Gündəm / Siyasət
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə sədr təyin olunub
Gündəm
Serbiya enerji böhranından Azərbaycanın sayəsində ÇIXIB
Gündəm / Cəmiyyət