Gündəm / Sosial
20 aprel 2022
32
3 ədədi 11 manata satılan toyuğun mənşəyi məlumdur? - VİDEO
Bakıda fəaliyyət göstərən bazarların girişində, eləcə də ayrı-ayrı ərazilərdə avtomobillərin yük yerində 3 ədədi və ya 3 kiloqramı 11 manata təmizlənmiş toyuqlar satılır. Marketlərdə toyuq ətinin 1 kiloqramı isə 5 manatadan baha satılır. Ucuz qiymətə satışa çıxarıla toyuqların mənşəyi məlumdurmu?
Xezerxeber.az-ın məlumatına görə, normal daşınma və satış şəraitinə əməl olunmasa da, bu toyuqların alıcıları kifayət qədərdir.
Həmin toyuqların satışı ilə məşqul olan şəxs hesab edir ki, toyuqların ucuz olmasının səbəbi keyfiyyətlə bağlı deyil.
Satıcıların təriflə satdığı, alıcıların bəh-bəhlə aldığı bu məhsul ilə əlaqədar Qida Təhlükəsizlik Agentliyinin (AQTA) mətbuat katibi Aysel Fərziyeva bildirib ki, istehlakçılar məhsulun saxlanma şəraitinə mütləq diqqət etməlidirlər.
Onun sözlərinə görə, əgər vətəndaşların bu məhsullarla bağlı hər hansı şübhələri olarsa bu barədə AQTA-nın 1003 çağırı mərkəzinə müraciət edə bilərlər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Daha çox xəbər:
Bu da yediyimiz toyuqların hazırlanma şəraiti-Dəhşətli görüntüləR
GündəmAzərbaycanda ətin qiyməti BAHALAŞDI
Gündəm / Cəmiyyət“Zavod” çörəyi bu gündən yeni qiymətə satılır
Gündəm / CəmiyyətŞamaxıda dünyanın ən bahalı delikateslərindən olan ilbiz kürüsü istehsal edilir - 1 kiloqramı 6000 manata satılır REPORTAJ
Gündəm / İqtisadiyyatİyrənc görüntülər - Sosiskanın içindən qurd çıxdı - video
Hadisə