Gündəm / Siyasət
22 aprel 2022
15
"Şuşa öz doğmalarını belə günəşli hava ilə qarşılayır" - Prezident
Bura gələrkən 2001-ci ildə keçirilmiş ilk qurultayı xatırlayırdım. Ulu öndər Heydər Əliyev həmin qurultayda dərin məzmunlu çıxışında Qarabağ problemi ilə bağlı öz fikirlərini bildirmiş və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altındakı torpaqlar azad olunacaq və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaq.
Bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı deyib: “Biz - Ulu Öndərin davamçıları bu sözləri gerçəyə çevirdik və V qurultaya hazırlıq işləri başlayarkən mənə məruzə edildi və mən dedim ki, bu qurultay mütləq Şuşada keçirilməlidir. Əminəm ki, qurultay iştirakçıları da buna çox müsbət yanaşıblar və böyük həvəslə qədim Şuşaya, bizim mədəniyyətimizin paytaxtı olan Şuşaya gəlmişlər. Şuşa da öz doğmalarını bax belə günəşli hava ilə qarşılayır və bu, bir daha onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.
Daha çox xəbər:
Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq - Prezident
Gündəm / SiyasətZəfər adı xalqımıza çox yaraşır - Prezident
Gündəm / Siyasət"İşğal dövründə fikirləşirdik ki, dünyada ədalət yoxdur" - Dövlət başçısı
Gündəm / Siyasət"Şuşa Qarabağın tacıdır" - İlham Əliyev
Gündəm / SiyasətPrezident Şuşada Qurultayda çıxış edir
Gündəm / Siyasət