Gündəm / Cəmiyyət
22 aprel 2022
30
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Bununla bağlı Nazirlər Kabineti müvafiq qərar verib.
Qərarına əsasən:
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 iyul saat 06:00-dək uzadılmışdır;
2022-ci il mayın 1-dən etibarən xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və s.) istifadə tələbi ləğv edilir.
Eyni zamanda, Azərbaycan Respublikasının beynəlxalq hava limanı ərazisində və Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadəsi artıq məcburi xarakter daşımır və yalnız tövsiyə edilir.
Daha çox xəbər:
Xüsusi karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Gündəm / CəmiyyətAzərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Gündəm / CəmiyyətAzərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Gündəm / CəmiyyətXüsusi karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
Gündəmİspaniya parlamenti ölkədə xüsusi karantin rejiminin mayın 10-dək uzadılmasını təsdiqləyib
Siyasət / Dünya