Gündəm / Cəmiyyət
23 aprel 2022
30
Rəqabət Məcəlləsinin qəbulu niyə gecikir? - AÇIQLAMA

"Rəqabət Məcəlləsi 2008-ci ildə birinci oxunuşda qəbul olunub. Onun üzərindən 14 il ötüb. Hələ də parlamentdə digər oxunuşlardan keçməyib".
Bunu "Unikal"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, buna səbəb müxtəlif lobbi qruplarının maraqlarıdır:
"Ölkəyə məhsul gətirən, daxili istehsalla məşğul olan böyük şirkətlər var ki, onlar Rəqabət Məcəlləsinin gətirəcəyi müəyyən çətinlikləri, problemləri istəmədiklərinə görə özlərinə yaxın çevrələr və deputatlar vasitəsilə bu məsələnin qəbulunu gecikdirdilər. Digər tərəfdən Rəqabət Məcəlləsi qəbul olunan kimi effekt verməyəcək. Bunun üçün zaman lazımdır. İstənilən halda bu Məcəllənin qəbul olunması ölkədə qanunvericilik bazasının formalaşması, rəqabətli mühitin yaranması üçün yaxşıdır. Məcəllənin qəbul olunması digər qanunların da müasirləşməsinə, rəqabətin daha açıq şəkilə gətirilməsinə kömək edəcək".

Daha çox xəbər:

Azərbaycanda rəqabət də yoxdur, Məcəlləsi də... - HƏQİQƏTƏN DƏ...
Gündəm / Sosial
Yeni il bayramına yaxın ərzaq məhsullarının qiymətində ciddi artım gözlənilir - NƏ ETMƏLİ?
Gündəm / Cəmiyyət
Un və çörəyin qiyməti yenidən arta bilər
Gündəm / Cəmiyyət
Dövlət Turizm Agentliyi: Postpandemiya dövründə rəqabətə hazır olmaq üçün yeni turizm məhsullarının yaradılmasını istəyirik
İqtisadiyyat
Mənzil bazarında qiymətlər necə olacaq? - AÇIQLAMA
Gündəm / İqtisadiyyat