Gündəm / Siyasət
25 aprel 2022
16
Bayramov Mirzoyanla danışdı: Razılıq əldə olundu
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər iki dövlətin liderləri səviyyəsində əldə olunmuş razılaşmaların davamı olaraq fikir mübadiləsi aparıblar.
Tərəflər Birgə Sərhəd Komissiyasının iştirakçılarının parametrləri barədə razılığa gəliblər.
Birgə Sərhəd Komissiyasının, habelə sülh müqaviləsinin işlənib hazırlanması ilə bağlı işçi qrupunun görüşlərinin yaxın zamanlarda təşkil olunmasına dair razılıq əldə olunub.
Tərəflər həmçinin humanitar sahədə addımların davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Daha çox xəbər:
Azərbaycanın yeni Xarici işlər naziri ilə İranın Xarici işlər naziri arasında telefon danışığı olub
CəmiyyətCeyhun Bayramov Çavuşoğlu ilə telefonla danışdı
Gündəm / SiyasətCeyhun Bayramov Çavuşoğlu ilə danışdı
Gündəm / SiyasətCeyhun Bayramov Polşanın XİN rəhbəri ilə görüşüb
SiyasətCeyhun Bayramov BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İsakzai ilə görüşüb
Siyasət