Gündəm / Dünya
10 may 2022
27
Rusiyada bir gündə 4 vilayət rəhbəri istefa verdi - YENİLƏNİB
Mari El-in rəhbəri Aleksandr Evstifeyev səlahiyyət müddətinin başa çatması ilə əlaqədar istefa verdiyini açıqlayıb.
Rayon rəhbərinin bəyanatı özünün "Telegram" kanalında dərc olunub.
"Mən istefamı qəbul etməsi xahişi ilə Rusiya Prezidentinə müraciət etdim", - qubernator bildirib.
"RİA Novosti"nin məlumatında Saratov vilayəti qubernatorunun da istefa verdiyi qeyd olunub.
Bildirilib ki, ölkənin Saratov vilayətinin qubernatoru Valeri Radayev işdən çıxmaqla bağlı ərizə yazıb. O, 10 ildir bu vəzifədə çalışırmış.
Onu da deyək ki, bu, gün ərzində Rusiyada 4-cü qubernator istefasıdır.
xxx
17:08
Bu gün Rusiyanın Kirov vilayətinin qubernatoru İqor Vasilyev də istefa verib.
Bu barədə o, "Telegram" kanalında yazıb.
O, bildirib ki, qubernator kimi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar vəzifəsini tərk edib.
xxx
16:19
Tomsk vilayətinin qubernatoru Sergey Jvaçkin istefa verib.
Bu barədə vilayət administrasiyasının rəsmi internet portalında məlumat verilib.
Siyasətçi bu ilin əvvəlində həyatında mühüm hadisələrin baş verdiyini və yanvarın 20-də 65 yaşının tamam olduğunu bölüşüb.
Siyasətçi Tomskda yaşamağa davam edəcəyini bildirib.
Daha çox xəbər:
Ramiz Mehdiyev istefa VERİB
Gündəm / SiyasətRamin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
Gündəm / CəmiyyətBu ölkənin baş naziri istefa verdi
Gündəm / CəmiyyətRamiz Mehdiyevin istefa ərizəsi QƏBUL OLUNDU
Gündəm / CəmiyyətRusiyada bütöv bir kənd yanır: 22 ev məhv olub
Cəmiyyət / Hadisə / Dünya