Gündəm / Cəmiyyət
12 may 2022
29
Silahlı birləşmələrə qoşulan azərbaycanlı həbs edildi - FOTO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinin məlumat yayıb.
Aparılmış araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı, 1989-cu il təvəllüdlü Şıxıyev Bəxtiyar Səttərxan oğlunun ölkə hüdudlarından kənarda terror aktlarının törədilməsi ilə müşayiət olunan, dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində aparılan silahlı münaqişələrdə iştirak etmək məqsədilə müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının Rifil-muhandis qəsəbəsində xüsusi hazırlıq düşərgəsində təlimlər keçməsinə, müxtəlif odlu silahlardan istifadə qaydalarına yiyələnərək “Cundul Şam” adlı qanunsuz silahlı dəstənin fəaliyyətində iştirakına əsaslı şübhələr müəyyən edilmişdir.
Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Bəxtiyar Şıxıyev şübhəli şəxs qismində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü (Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədilə sabit qruplar yaratma, həmin qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.


Daha çox xəbər:

DTX-dən ƏMƏLİYYAT - HƏBS EDİLƏNLƏR VAR
Gündəm / Hadisə
Dövlətə xəyanət edən şəxs ifşa olunaraq həbs edildi
Gündəm / Siyasət
DTX-nin tutduğu “Abu İbrahim Dağıstani” ləqəbli terrorçuya 19 il həbs cəzası verilib
Gündəm / Hadisə
DTX Mahir Quliyevlə bağlı məlumat yaydı
Siyasət
Baş Prokurorluq: Qarabağda döyüşmüş PKK-PYD-YPG terrorçuları ilə bağlı cinayət işi başlanılıb DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ
Gündəm