Gündəm / Dünya
16 may 2022
16
Putinin İrana səfəri gözlənilir
Rusiya Prezidenti Vladimir Putinin İrana səfəri gözlənilir.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın Moskvadakı səfiri Kazem Calali “RİA Novosti”yə müsahibəsində deyib.
Onun sözlərinə görə, İran, həmçinin Tehranda “Astana formatı” ölkələrinin rəhbərlərinin sammitini də keçirməkdə maraqlıdır.
