Gündəm / Cəmiyyət
16 may 2022
18
İTV-nin baş direktoru olmaq istəyənlərin SİYAHISI

İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb.
Audiovizual Şuradan verilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu, Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 21.1-ci maddələrinin tələblərinə uyğun olaraq namizədin seçilməsi üçün İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə namizədlərin sənədləri İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına təqdim edilib.

Daha çox xəbər:

İTV ilə bağlı Milli Məclisdə müzakirə: Şura üzvlüyünə namizədlərin adları açıqlandı - SİYAHI
Gündəm / Cəmiyyət
Zəngilanda radio və televiziya yayımı təmin olundu
Gündəm / Cəmiyyət
İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb
Gündəm / Cəmiyyət
Qubadlıda televiziya və radio yayımı təmin olundu - FOTOLAR
Gündəm / Cəmiyyət
Prezidentdən Bakıda yolların təmiri ilə bağlı SƏRƏNCAM
Gündəm / Şou