Gündəm / Hadisə
19 may 2022
44
İran sərhədçiləri Azərbaycan vətəndaşını GÜLLƏLƏDİ
İran sərhədçiləri sərhədi pozmaq istəyən Azərbaycan vətəndaşını güllələyərək öldürüb.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, may ayının 16-da İran sərhəd nümayəndəliyi xətti ilə Azərbaycan vətəndaşı Musayev Mircavad Mircəlal oğlunun İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən bu ölkənin sərhədçiləri tərəfindən silahın tətbiqi nəticəsində həyatını itirməsi barədə məlumat daxil olub:
“Mayın 18-də Mircavad Musayevin cənazəsi prokurorluq orqanlarının nümayəndəsinin iştirakı ilə rəsmi qaydada qəbul edilərək ailə üzvlərinə təhvil verilib. Baş vermiş hadisənin araşdırılması və nəticələri barədə məlumat verilməsinə dair İran tərəfinə müvafiq sorğu göndərilib”.
Daha çox xəbər:
Azərbaycan-İran sərhədində atışma: Ölən var
HadisəAzərbaycan iki İran vətəndaşını ölkələrinə qaytardı - Rəsmi
Gündəm / SiyasətDSX İranın Sərhəd Qoşunlarının komandanına cavab verdi
Gündəm / Siyasətİran-Azərbaycan sərhədində silahlı İNSİDENT - ÖLƏN VAR
Gündəm / HadisəAzərbaycan-İran sərhədində atışma olub, ölən var
Hadisə