Gündəm
02 iyun 2022
22
Sədərək Ticarət Mərkəzi sökülür? - RƏSMİ AÇIQLAMA
“Sədərək Ticarət Mərkəzinin sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti əks etdirmir”.
Bunu Trend-ə açıqlamasında Sədərək Ticarət Mərkəzinin İdarə Heyəti sədrinin müşaviri Mikayıl Qədimov deyib.
O bildirib ki, yayılan məlumatlar yalandır.
“Ticarət mərkəzinin sökülməsindən söhbət gedə bilməz. Yayılan videoda ticarət mərkəzinin cərgələrində aparılan təmir işləri əks olunub. Ticarət mərkəzindəki cərgələrdə olan dükanların qarşısı təmizlənir, mağazaların giriş hissəsinə şüşə vitrinlər quraşdırılır. Bu o məqsədi daşıyır ki, mağazaların içərisindəki mallar kənardan görünsün və müştəriləri daha tez cəlb etsin. Həmçinin havaların isti keçməsi ilə bağlı yanğın təhlükəsizliyi məqsədilə ərazi təmizlənir”, - deyə Mikayıl Qədimov bildirib.
Xatırladaq ki, sosial şəbəkələrdə Sədərək Ticarət Mərkəzindən paylaşılan videoda adıçəkilən mərkəzin sökülərək köçürülməsi ilə bağlı fikirlər səsləndirilib.

Daha çox xəbər:

Bakının məşhur kinoteatrı sökülür - Yerində ticarət mərkəzi tikilir
Sosial
ANLI STATİSTİKA "Sədərək" və "Binə", ticarət mərkəzlərinin fəaliyyəti BƏRPA OLUNUR — AÇIQLAMA
Gündəm / İqtisadiyyat
Bakının mərkəzində məşhur ticarət mərkəzi yanır
Gündəm / Hadisə
Bakıda ticarət mərkəzində qadına qarşı CİNAYƏT
Hadisə
“Sədərək”də yeni axunda etiraz edən şəxs HƏBS EDİLDİ
Gündəm / Hadisə