Gündəm / Dünya
03 iyun 2022
48
Bu ölkələr Rusiyanın elektrik enerjisindən imtina etdi
Estoniyanın enerji sisteminin operatoru "Elering", Latviyanın "Augstsprieguma tīkls" (AST) və Litvanın "Litgrid" şirkətləri artıq Rusiyadan elektrik enerjisi almayacaqlar.
Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla bağlı ölkələr arasında saziş imzalanıb.
"İyunun 1-dən etibarən ölkələrin elektrik enerjisi bazarı yalnız Polşa və Skandinaviya ilə bağlıdır. Bu qərarın səbəblərindən biri ödənişlərlə bağlı problemdir, çünki əvvəllər Rusiyaya pul köçürdüyü bir neçə bank indi sanksiyalar altındadır. Bundan başqa, Baltikyanı ölkələr Rusiya şirkətlərinə ödəniş etmək istəmirlər", - deyə məlumatda qeyd olunub.
Estoniya enerji sisteminin operatorunun fikrincə, iyunun əvvəlindən həyata keçirilən tədbirlər pik yük dövrlərində iştirak edən Rusiyada Baltikyanı enerji sistemlərinin ehtiyat gücündən asılılığını azaldacaq. Şəbəkənin sabit işləməsini təmin etmək üçün yerli operatorlar yalnız Baltikyanı ölkələrdə və digər şimal Avropa ölkələrində yerləşən ehtiyat gücündən istifadə etməyə davam edəcəklər.
Baltikyanı enerji sistemi 2025-ci ilə qədər Avropa enerji sistemi ilə yekun sinxronizasiyaya qədər Rusiya sisteminə fiziki bağlı qalacaq.
Xəbər verildiyi kimi, mayın 22-dən Baltikyanı ölkələr Rusiyadan enerji , yəni neft, elektrik və ya təbii qaz idxalını tamamilə dayandıracaqlar . Bundan əvvəl Baltikyanı ölkələr Polşa ilə birlikdə Rusiyanın nəqliyyat təcridini elan etmişdilər .
Daha çox xəbər:
Prezidentdən “Bərpa olunan enerji mənbələrindən istifadə" ilə bağlı FƏRMAN
Gündəm / SiyasətƏrəb dünyasında ilk Atom Elektrik Stansiyası fəaliyyətə başladı
DünyaBu ilin sonunadək azad olunmuş bütün ərazilər elektrik enerjisi ilə təmin ediləcək
Gündəm / CəmiyyətBu ilin sonunadək azad olunmuş bütün ərazilər elektrik enerjisi ilə təmin ediləcək
Gündəm / CəmiyyətSerbiya enerji böhranından Azərbaycanın sayəsində ÇIXIB
Gündəm / Cəmiyyət