Gündəm
10 may 2019
66
Popkorn satan gənc özünə yeni iş tapdı

Beş.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, 17 yaşlı İsrafil hazırda işlədiyini deyib.
"O, bizim təhsillə bağlı təkliflərimizi dəyərləndirəcəyini və yaxın zamanlara bizə məlumat verəcəyini bildirib".
Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyov "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi. Daha sonra deputat həmin şəxsin keçiddən uzaqlaşdırılması barədə məlumat paylaşmışdı.
Araşdırma zamanı məlum olub ki, həmin gənc Seyfullayev İsrafil Vüqar oğludur. 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017-ci ildə IX sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır.

Daha çox xəbər:

Bakıda "popkorn" satan uşaqla bağlı - ŞAD XƏBƏR
Gündəm
Azərbaycanda 18 yaşlı gənc Wi-fi işləmədiyinə görə evi tərk edib.
Hadisə
Bakıda narkotik satan “doktor” saxlanıldı - FOTO
Hadisə
Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
Hadisə
Bakıda yeni metro stansiyası istifadəyə veriləcək
Cəmiyyət