Gündəm / Siyasət
07 iyun 2022
30
Prezident tapşırıq verdi - Qanunsuz parkinq ləğv olundu
Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi və qeyri-qanuni parklanma yerinin yaradılması ilə bağlı müvafiq araşdırmalara başlanılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Qeyd olunub ki, sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların kəsilməsi, parklanma yerinin yaradılması və bunun nəticəsi kimi piyada səkisinin daraldılması barədə məlumatlar yayılmışdı. Qanunsuz parklanma Azərbaycan Respublikası Kinomatoqrafçılar İttifaqı tərəfindən yaradılıb. Ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.
Daha çox xəbər:
Yol kənarındakı binaların sakinlərinə şad xəbər - Pulsuz parklanma icazəsi
GündəmBu küçədə 138 avtomobil üçün parklanma yeri təşkil edildi - VİDEO
Gündəm / ŞouNazirlikdən bir gecədə kəsilən 100-dən çox ağacla bağlı - AÇIQLAMA
Gündəm"Bandotel"dən ƏMƏLİYYAT - 8 nəfər saxlanıldı
HadisəKəsilən 35 illik ağacların yerində yeniləri əkildi
Cəmiyyət