Gündəm / Cəmiyyət
08 iyun 2022
28
Həccə gedəcək zəvvarların neçəsi qadındır? - QMİ-dən açıqlama
Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar arasında qadınlar da var.
Bu barədə Modern.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, bu il zəvvarların 30 faizini qadınlar təşkil edir.
“Bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların 70 faizi kişi, 30 faizi qadınlardır”, - deyə QMİ rəsmisi vurğulayıb.
Həccə gedəcək ən gənc zəvvarın 22 yaşı var, ən yaşlı isə 1958-ci il təvəllüdlüdür. Səfərlər 29-30 iyun, 1-2 iyul tarixlərində baş tutacaq.
Qeyd edək ki, iyunun 1-də Azərbaycanda Həcc ziyarətinə gediş üçün sənəd qəbulu başa çatıb, qısa müddət ərzində 680 nəfərlik kvota yeri dolub. Pandemiya şəraiti davam etdiyindən 65 yaşdan yuxarı vətəndaşların ziyarətə getməsinə icazə verilməyib. Bu il Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları müəyyən edilib.

Daha çox xəbər:

Bu il Azərbaycandan həcc ziyarətinə neçə nəfər gedəcək?
Gündəm / Cəmiyyət
Azərbaycanlı zəvvarların NƏZƏRİNƏ: Uçuş tarixləri BİLİNDİ
Gündəm / Cəmiyyət
Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşdi
Cəmiyyət
Həcc ziyarətinin qiymətinin artmasına QMİ-dən MÜNASİBƏT
Gündəm / Cəmiyyət
Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
Dünya