Gündəm / Cəmiyyət
08 iyun 2022
23
Paytaxt yollarındakı son vəziyyət necədir? - AÇIQLAMA

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesi - Masazır dairəsindən başlayaraq “20 Yanvar” dairəsinə qədər sıxlıq;
2. Ziya Bünyadov prospekti - Bakı Olimpiya Stadionu yanından başlayaraq Atatürk prospektilə kəsişməyə qədər “20 Yanvar” dairəsi istiqamətində sıxlıq;
3. Yusif Səfərov küçəsi Mehdi Mehdizadə küçəsi kəsişməsi daxil olmaqla, “Koroğlu” metro stansiyası istiqamətində və Sevgi Parkı qarşısından başlayaraq 28 may küçəsi kəsişməsinə kimi sıxlıq;
4. 28 may küçəsi - Rixard Zorge küçəsi kəsişməsi daxil olmaqla Rəşid Behbudov küçəsi kəsişməsinə kimi sıxlıq;
5. Heydər Əliyev prospekti - “Koroğlu” metro stansiyasının qarşısı daxil olmaqla kənar yol “Asan xidmət”in qarşısına kimi sıxlıq;
6. Xətai prospekti - Neymət Quliyev küçəsi kəsişməsi daxil olmaqla Heydər Əliyev prospekti kəsişməsinə kimi, “Koroğlu” metro stansiyası istiqaməti sıxlıq;
7. Abdulvahab Salamzadə küçəsi - “Qələbə” dairəsindən başlayaraq Ziya Bünyadov prospekti kəsişməsinə kimi sıxlıq;
8. Tbilisi prospekti - “20 Yanvar” dairəsi, körpü üzərindən başlayaraq Abdulvahab Salamzadə küçəsi kəsişməsinə kimi sıxlıq.

Daha çox xəbər: