Gündəm / Cəmiyyət
21 iyun 2022
101
DTX-nin Gömrük Komitəsində keçirdiyi əməliyyatın detalları - General saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gömrük Komitəsində ötən gün keçirdiyi əməliyyatla bağlı bəzi məqamlar aydınlaşıb.
Əməliyyat bir neçə gün əvvəl Binə və Sədərək Ticarət Mərkəzlərində yerləşən şirkətlərin anbarlarında aparılmış əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həyata keçirilib.
Belə ki, həmin əməliyyat vaxtı ölkəyə mal idxal edən şirkətlərin bir çoxunun vergidən yayınması, sənədlərin saxtalaşdırılması, idxal edilən malların miqdarının realda olduğu qədər göstərilməməsi və dəyərləndirilməməsi kimi faktlar üzə çıxıb. Bundan sonra Bakı şəhəri istiqamətində malların idxal-ixrac prosesini həyata keçirən əsas terminallar olan Qaradağ rayonundakı “İpək yolu” və “Abşeron” terminallarında, həmçinin Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyində əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bildirilir ki, əməliyyat çərçivəsində terminalların rəhbər şəxsləri, həmçinin “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılıb.
Qeyd edək ki, terminallara yeni rəhbərlik bir neçə ay əvvəl təyin edilmişdi.
Əməliyyat çərçivəsində Gömrük Komitəsinin sədrinin müavini İqbal Babayevin saxlanıldığı bildirilsə də, onun sonradan sərbəxt buraxıldığı məlum olub. Belə ki, Gömrük Komitəsinin bütün elektron sisteminə cavabdeh və məsul şəxs olan İ.Babayevin izahatı alınıb. O, elektron sistemdə məlumatların dəyişdirilməsi və ya şübhələri ilə bağlı dindirilib.
Əməliyyat tədbirləri davam etdirilir.

Daha çox xəbər:

DTX-nin əməliyyatı nəticəsində saxlanılan yüksək vəzifəli şəxsin kimliyi bilindi
Gündəm / Cəmiyyət
DTX-nin Biləsuvarda keçirdiyi əməliyyatla bağlı açıqlama
Siyasət
DTX və DİN Ağdamda ƏMƏLİYYAT KEÇİRDİ
Gündəm / Hadisə
Yeməli həşəratlar üçün gömrük rüsumu müəyyənləşdi
Cəmiyyət
DGK əməkdaşlarının həbsi ilə bağlı məlumatlara aydınlıq gətirdi
Gündəm / Hadisə