Gündəm / Siyasət
21 iyun 2022
17
Özbəkistanla hərbi əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq - Prezident
Dünyadakı vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Bu gün Şavkat Miromonoviç ilə dialoqumuzun bir hissəsi bu məsələyə həsr edilib. Müvafiq tapşırıqlar verilib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə geniş tərkibdə görüşdə çıxış edərkən bildirib.
“Düşünürəm ki, hərbi əməkdaşlıq, hərbi-texniki əməkdaşlıq, habelə hərbi təhsil sahəsində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaq. Mənim fikrimcə, bu sahədə də qarşılıqlı fəaliyyətimiz möhkəmlənəcək, çünki həm Özbəkistanda, həm də Azərbaycanda elə mövzular var ki, onları müzakirə etmək lazımdır, kənar təhdidlər var, ölkələrimiz və xalqlarımız onlarla üzləşməli olurlar. Buna görə də düşünürəm ki, bu sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Daha çox xəbər:
İlham Əliyevlə Şavkat Mirziyoyev arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB
Gündəm / Siyasət"Münasibətlərimizin möhkəm təməli var" - İlham Əliyev
Gündəm / SiyasətPekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
SiyasətAzərbaycan və Qırğızıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNİB
Gündəm / Siyasət"İran hər zaman Azərbaycanın yanında olacaq" - Baş Qərargah rəisi
Gündəm / Dünya