Gündəm / Hadisə
28 iyun 2022
17

Məşhur həkimin intiharı ilə bağlı yeni DETALLAR - YENİLƏNİB

Məşhur həkimin intiharı ilə bağlı yeni DETALLAR - YENİLƏNİB


Bakıda özünü yaşadığı binanın 11-ci mərtəbəsindən ataraq öldürən tanınmış həkim Xalidə Kəngərlinin intiharı barədə yeni detallar məlum olub.

Milliinfo.az Oxu.az-a istinadən xəbər verir ki, ginekoloq-həkim X.Kəngərlinin həyat yoldaşının psixoloji problemləri olub. O, 10 ilə yaxındır ki, evdə qapalı şəraitdə qalırmış. Evin bütün yükü həkimin çiyinlərində imiş.


X.Kəngərlinin iki övladı var. Onu tanıyanlar pozitiv, həyat dolu olduğunu və intihar etməsinə inanmadıqlarını bildiriblər.

Qonşuların dediyinə görə, hadisədən sonra həkimin iki qardaşı onun həyat yoldaşını döyüb.

Həkim bu gün dəfn olunub.

***

11:57

Bakıda dəhşətli intihar hadisəsi baş verib.

Milliinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən saat 18 radələrində tanınmış həkimin yaşadığı Yasamal rayonu İnşaatçılar prospektində yerləşən çoxmərtəbəli binada baş verib. 1984-cü il təvəllüdlü Xalidə Məhəmməd qızı Kəngərli özünü 11-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yerə atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, mərhum iki uşaq anası idi.