Gündəm / Hadisə
29 iyun 2022
17

Bakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu

Bakıda ağır QƏZA: Yük avtomobilləri toqquşdu


Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Shacman” və "MAZ" markalı iki yük avtomobilinin toqquşması və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan " Shacman" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.