Gündəm / Dünya
30 iyun 2022
26
Bayden Ərdoğana F-16-larla bağlı vəd verdi

ABŞ Prezidenti Cozef Bayden və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan NATO sammitində görüş zamanı Ankaraya F-16 qırıcılarının tədarükü məsələsini müzakirə ediblər.
Bu barədə NTV telekanalı xəbər verib.
Telekanalın Ağ Evdəki mənbələri bildiriblər ki, danışıqlar zamanı Amerika lideri həmkarına sazişin Konqresdən keçməsi üçün müəyyən səylər göstərəcəyinə söz verib.
Söhbət 40 yeni “F-16 Block 70” qırıcısından və Türkiyənin mövcud təyyarələrinin təkmilləşdirilməsi üçün 80-ə yaxın komplektdən gedir. Ağ Evdən verilən rəsmi açıqlamalara görə, Bayden və Ərdoğan Ankaraya F-16-ların tədarükü məsələsini həqiqətən müzakirə ediblər, lakin ABŞ-ın Prezident Administrasiyası Baydenin hər hansı vədi faktını hələ təsdiqləməyib.

Daha çox xəbər:

Bayden çıxışı zamanı yenə səhv etdi
Dünya
Putin və Bayden arasında keçiriləcək görüşün vaxtı məlum oldu
Dünya
Bayden Əfqanıstandakı vəziyyətlə bağlı xalqına müraciət edəcək
Gündəm / Dünya
Ərdoğan: "Baydeni yaxşı tanıyıram, onunla bəzi məsələləri müzakirə edəcəyəm"
Gündəm / Dünya
Putinlə Bayden arasında görüş keçiriləcək
Dünya