Gündəm / Cəmiyyət
02 iyul 2022
63
İş başında ölən və yaralanan DİN əməkdaşlarının sayı AÇIQLANDI
Bu günədək xidməti vəzifələrini yerinə yetirərkən ölən və yaralanan daxili işlər orqanları əməkdaşlarının sayı açıqlanıb.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə çıxışı zamanı Birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini, müstəqilliyin yenicə bərpa edildiyi illərdə ölkəmizdə hökm sürən anarxiyanın ağır nəticələrinin aradan qaldırılmasında, respublikada daxili sabitliyin təmin edilməsində və hüquq qaydasının möhkəmləndirilməsində önəmli xidmətlər göstərdiyini diqqətə çatdırıb.
Nazir bildirib ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.
Daha çox xəbər:
Vilayət Eyvazov onlara baş leytenant rütbələrini təqdim etdi - VİDEO
Gündəm / CəmiyyətVilayət Eyvazovdan generalın yerinə TƏYİNAT
Gündəm / CəmiyyətVilayət Eyvazov müşavirə keçirdi, tapşırıqlar verdi - FOTO
Gündəm / CəmiyyətVilayət Eyvazov polisləri təbrik etdi
GündəmVilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi
Gündəm / Cəmiyyət