Gündəm / İdman
04 iyul 2022
19
Millətlər kobukonun vaxtı dəyişdirildi
Kot d İvuarda 2023-cü ilin iyun-iyul aylarında keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku iqlim səbəblərinə görə 2024-cü ilin fevralına təyin edilib.
Bunu Afrika Futbol Konfederasiyasının (CAF) prezidenti Patris Motsepe deyib.
“Biz daşqınlar zamanı oyun keçirərək riskə getmək istəmirik. Bu, hörmət məsələsidir, çoxlu fikirlər söyləmişik və bəziləri bizə deyirlər ki, iqlim dəyişikliyi var, bəlkə yağış problem olmayacaq. Amma sonda konsensusa gəldik ki, risk edə bilmərik”-deyə, o bildirib.
İyun ayında Kot d İvuarın ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayıdır, şəhərə orta hesabla təxminən 300 mm su düşür.

Daha çox xəbər:

İndoneziyada güclü daşqınlar - 10 ölü
Hadisə
İyun və iyul aylarında 190 manat yardımla bağlı DEPUTATDAN AÇIQLAMA
İqtisadiyyat
Millimizin Millətlər Liqasında rəqibləri müəyyənləşir: Türklər yenidən Bakıya gələ bilər
İdman
İyun ayının pensiya, müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib
İqtisadiyyat / Cəmiyyət
İsti hava nə vaxta qədər davam edəcək?
Gündəm / Cəmiyyət