Gündəm / Dünya
04 iyul 2022
18
Ukraynada 3 rus agenti SAXLANILDI
Ukraynanın cənubunda Silahlı Qüvvələrin mövqelərində kəşfiyyat aparan 3 rus agenti saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzində məlumat verilib.
Aşkar edilmiş agent şəbəkəsi Ukraynada kəşfiyyat və təxribat fəaliyyəti həyata keçirmək üçün Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının nümayəndələri tərəfindən yaradılıb.
"Nikolaiv vilayətində keçirilən xüsusi əməliyyat zamanı 3 rus genti saxlanılıb. Onlar Silahlı Qüvvələrin bölmələrinin döyüş mövqelərini və hərəkətlərini, həmçinin regionda mühüm strateji infrastruktur obyektlərinin geolokasiyalarını kəşf ediblər. Cinayət əməllərini ört-basdır etmək üçün Cinayəti törədənlər yaxın qohumlarını və digər yerli sakinləri xəbərçi kimi cəlb ediblər”, - deyə xüsusi xidmətdən bildirilib.
Daha çox xəbər:
Ukraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
DünyaErməni casus şəbəkəsinin ifşası - 19 hərbçi saxlanıldı
Gündəm / Dünya“Rusiya ilə sərhəddə vəziyyət ağır olaraq qalır” - Ukrayna MN
Gündəm / Dünya"Rus əsgərləri Ukraynanın sərhədini keçərsə..." - Bayden
Gündəm / DünyaRusiya sərhəddi keçən 5 ukraynalı kəşfiyyatçını ÖLDÜRDÜ - YENİLƏNİB
Gündəm / Cəmiyyət