Gündəm / Cəmiyyət
05 iyul 2022
1 450
Azərbaycanda iyul-avqust aylarında keçiriləcək imtahanların başlama saatı dəyişdirilib
Dövlət İmtahan Mərkəzi iyul və avqust aylarında keçiriləcək imtahanlarda iştirak edəcık şəxslərə müraciət edib.
DİM-dən bildirilib ki, iyul-avqustda keçiriləcək imtahanlar saat 11:00-da deyil, 10:00-da başlayacaq.
İmtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və onların buraxılış vərəqəsində həmin vaxt göstərilir. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Dövlət İmtahan Mərkəzi tərəfindən iyul və avqustda keçirilən imtahanlar bu aylar üçün xarakterik olan isti hava şəraiti ilə əlaqədar saat 10:00-da başlanacaq. İştirakçılar nəzərə almalıdırlar ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələnlər imtahan binasına buraxılmırlar.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilir və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilir. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
“İmtahana buraxılış vərəqəsi”ndə, həmçinin imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və s. məlumatlar qeyd olunur. Buraxılış vərəqələri imtahandan 1 həftə öncə Mərkəzin saytına yerləşdirilir.
İştirakçılara özləri ilə şəffaf qabda qazsız su da gətirmələri tövsiyə olunur.
Daha çox xəbər:
Bu gün III ixtisas qrupu üzrə İMTAHAN KEÇİRİLƏCƏK
Gündəm / CəmiyyətBu tarixdə rezidenturaya qəbul imtahanı keçiriləcək
Gündəm / CəmiyyətQəbul imtahanları bu tarixlərdə keçiriləcək
Gündəm / CəmiyyətBuraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün növbəti şans
Gündəm / CəmiyyətDİM-dən buraxılış imtahanlarında iştirak edəcək abituriyentlərə MÜRACİƏT
Təhsil