Gündəm / Şou
05 iyul 2022
34
Azərbaycanda 11 uşaq bağçasının müdiri ciddi nöqsanlara görə işdən çıxarılıb - YENİLƏNİB
Təhsil Nazirliyi (TN) 11 uşaq bağçası müdirinin işdən çıxarılması ilə bağlı açıqlama verib.
Nazirlikdən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, TN tərəfindən məktəbəqədər təhsil müəssisələrində aparılmış monitorinq nəticəsində 11 nəfər bağça müdiri tutduğu vəzifədən azad edilib:
"Belə ki, Tərtər rayonunda yerləşən Qazyan kənd körpələr evi-uşaq bağçası, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçası, Bəyimsarov kənd körpələr evi-uşaq bağçası, Hüsənli kənd körpələr evi-uşaq bağçası, və Qarağacı kənd körpələr evi-uşaq bağçası, həmçinin Saatlı rayonu Şirinbəy kənd körpələr evi-uşaq bağçası, Ucar rayonunda yerləşən Yuxarı Şilyan kənd körpələr evi-uşaq bağçası və Qarabörk kənd 2 nömrəli körpələr evi-uşaq bağçası, Qax rayonu Meşəbaş kənd 38 nömrəli uşaq bağçası, Lerik rayonunda yerləşən Qosmalian kənd körpələr evi-uşaq bağçası və Hamarat kənd uşaq bağçasının müdirləri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, monitorinq zamanı sözügedən müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili, sənədləşmənin aparılması, sanitar-gigiyena qaydalarına əməl olunması və digər sahələrdə ciddi nöqsan və çatışmazlıqlar aşkar olunub".
Daha çox xəbər:
Bakıda on bir min manata uşaq bağçası... - Özəl bağçalarda bir uşağın aylıq, illik xərcləri
Gündəm / CəmiyyətMərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub - FOTO
İqtisadiyyatBağçadakı olaya görə müdir tənbeh edildi
Sosialİki yaşlı uşaq xlor, 16 yaşlı qız kamfora yağı içdi
HadisəAna ilə ata öldü, uşaqlar isə körpələr evinə verildi...
Hadisə