Gündəm / Cəmiyyət
05 iyul 2022
17

Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ

Qaziyə icra hakimiyyətində VƏZİFƏ VERİLDİ


Şəhid ailələrinin, qazilərin və Vətən müharibəsi iştirakçılarının daim diqqətdə saxlanılması dövlətimizin başçısı cənab İlham Əliyevin məmurlar qarşısında qoyduğu prioritet tələblərdəndir. Torpaqlarımızın hər qarışında Vətən övladlarının axan qanı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını şərtləndirib ki, Azərbaycan dövləti və xalqı var olduqca canını və qanını əsirgəməyən qəhrəmanlarımız daim diqqət və qayğı içində olacaqlar. Lənkəran Şəhər İcra Hakimiyyəti də hər zaman şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarına həssaslıqla yanaşıb, onların qayğı və problemlərini xüsusi nəzarətdə saxlayıb, onların özlərini yalnız hiss etməməsi üçün bütün imkanlarını səfərbər edib.

"Unikal" xəbər verir ki, Lənkəran ŞİH başçısı Taleh Qaraşov müvafiq sərəncamı ilə İcra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təQşkili şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin etdiyi II Qarabağ müharibəsi qazisi, II qrup əlil Eyvaz Hüseynzadə Əmir oğlunu qəbul edib, ona çətin və şərəfli işində uğurlar arzulayıb, tutduğu vəzifənin əhəmiyyəti və məsuliyyəti barədə qazimizə tapşırıq və tövsiyələrini verib. Qeyd edək ki, E.Hüseynzadə hərbi əməliyyatlar zamanı göstərdiyi igidlik və şücaətinə görə dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.