Gündəm / Dünya
11 iyul 2022
13
Bin Ladenin öldürülməsində iştirak edən gəmidə daha bir MÜƏMMA
1980-ci il istehsalı olan "USS Carl Vinson" təyyarədaşıyan gəmisinin ekipaj üzvlərindən biri göyərtəsində ölü tapılıb.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin bəyanatına istinadla "Stars and Stripes" məlumat yayıb.
Keçmiş 1 nömrəli terrorçu Üsamə bin Laden 2011-ci ilin mayında "USS Carl Vinson" gəmisindən Ərəb dənizinin sularında dəfn edilib.
Dənizçi, USS Carl Vinson Kaliforniyadakı North Island Hərbi Hava Qüvvələri bazasında təyyarədaşıyan gəmi park edərkən ölü tapılıb.
Gələn xilasedicilər onu huşsuz vəziyyətdə tapıblar və ayılda bilməyiblər. Cinayət və ya intihar əlamətləri aşkar edilməyib.
Hazırda faktla bağlı araşdırma aparılır. ABŞ Hərbi Dəniz Qüvvələrinin qaydalarına görə, ölən dənizçinin kimliyi açıqlanmır.

Daha çox xəbər:

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Azərbaycanda
Gündəm / Cəmiyyət
Xəzərdə aşkarlanan gəmi minaları ZƏRƏRSİZLƏŞDİRİLDİ
Gündəm / Hadisə
Rusiya Rumıniya bayraqlı gəmini atəşə tutdu
Gündəm / Dünya
Arvadını öldürən Fuad Paşayev həbsxanada ÖLÜ TAPILDI
Hadisə
ABŞ-ın hərbi helikopteri dənizə düşdü
Gündəm / Cəmiyyət