Gündəm / Cəmiyyət
13 iyul 2022
17
Ermənistan “Laçın dəhlizi”ndə yolun tikintisinə BAŞLAYIR
“Laçın dəhlizi”nə alternativ yolunun Ermənistan hissəsinin tikintisi üçün avqust ayında tender elan olunacaq və tenderdə qalib gələn şirkət 8 kilometrlik hissəsinin tikintisini öz üzərinə götürəcək.
Bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Məlumata görə, Azərbaycan tərəfi Ermənistan hissəsini öz vəsaiti ilə tikməyi təklif etsə də, Paşinyan ictimaiyyətin münasibətindən ehtiyat edərək bundan imtina edib.
Nəşr həmçinin xatırladıb ki, 2020-ci il üçtərəfli bəyanatına əsasən, 3 il ərzində "Laçın dəhlizi" ilə yeni marşrut xətti çəkilməlidir. Azərbaycan artıq yolun Laçının yaşayış məntəqələrindən yan keçən hissəsinin tikintisini başa çatdırır, Ermənistan hissəsi hələ ki, başlamayıb.

Daha çox xəbər:

Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisi davam edir
Gündəm / Cəmiyyət
Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diplomatiyası nəticə verməyə başlayıb
Gündəm / Siyasət
Multimedia Türkiyənin müdafiə naziri: “Naxçıvan və Laçın dəhlizi ilə bağlı işlər bərabər aparılır”
Siyasət
Yeni dəhliz açılır, Laçın şəhəri tezliklə Azərbaycana QAYTARILIR
Gündəm / Siyasət
“Zəngəzur dəhlizi Ermənistan üçün də önəmlidir” - Ceyhun Bayramov
Gündəm / Siyasət