Gündəm / Cəmiyyət
19 iyul 2022
17
Təhsil müəssisələrinə həkimlər təhkim olunacaq
Təhsilalanların ilkin tibbi göstəricilərinə dair məlumatlarının təhsil sisteminin informasiyalaşdırılması üzrə məlumat bazasının alt sisteminə inteqrasiya edilməsi məsələsi də müzakirə olunur.
Bunu TƏBİB-in şöbə müdiri Zamirə Ədilova deyib.
O bildirib ki, məktəblərdə şagirdlərin fiziki və psixoloji sağlamlığı diqqət mərkəzindədir:
"Bu yaxınlarda Təhsil Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs (TƏBİB) arasında əməkdaşlıq əlaqələrinə dair görüş keçirilib. Görüşdə orta və ümumtəhsil məktəblərində, eləcə də ali təhsil müəssisələrində tibbi xidmətlərin təşkili, yeni, müasir tələblərin müəyyən edilməsi, tibb məntəqələrinin sayının artırılması, tibbi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, ixtisaslı mütəxəssislər tərəfindən uşaqların mütəmadi müayinəsinin həyata keçirilməsi, aşkar edilən xəstəliklər üzrə qruplar formalaşdırılaraq, hər qrup üçün xüsusi proqramların hazırlanması, onların vaxtında müalicəyə cəlb olunması məsələləri müzakirə olunub".

Daha çox xəbər:

TƏBİB-in sədri vəzifəsini bu şəxs icra edəcək - RƏSMİ
Gündəm / Səhiyyə
Azərbaycan və Türkiyə tibbi sığorta sahəsində əməkdaşlığı müzakirə ediblər
Gündəm
Həkimlər üçün vahid geyim forması müəyyən edildi
Gündəm / Cəmiyyət
Səhiyyə sistemindəki dəyişikliklərlə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Təhsil