Gündəm / Siyasət
19 iyul 2022
17
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.
Dövlət başçısı Marius Vizeri ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək, Beynəlxalq Cüdo Federasiyasının Azərbaycanda cüdo idman növünün inkişafına verdiyi dəstəyi qeyd edib.
Prezident İlham Əliyev cüdoçularımızın əldə etdikləri son nailiyyətlərdən danışıb, onların beynəlxalq turnirlərdə daha uğurla iştirak etdiklərini vurğulayıb, Azərbaycan Cüdo Federasiyasındakı dəyişikliklərə toxunub.
Dövlət başçısı Beynəlxalq Cüdo Federasiyası tərəfindən ölkəmizdə idmanın bu növü ilə bağlı verilən tövsiyələrin önəmini vurğulayaraq, bunun Azərbaycanda cüdonun inkişafına, xüsusilə gənc nəslin bu idman növünə marağının artırılmasına xidmət etdiyini bildirib.
Qonaq ölkəmizin Beynəlxalq Cüdo Federasiyasının fəal üzvü olduğunu məmnunluqla qeyd edib və uğurlu əməkdaşlığın həyata keçirildiyini deyib. Marius Vizer Azərbaycanda cüdonun inkişafına göstərilən diqqəti yüksək qiymətləndirib.
Daha çox xəbər:
Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında vəzifə verildi
İdmanCüdo üzrə millimizin baş məşqçisi ölkədən qaçdı - TƏFƏRRÜAT
İdmanİlham Əliyev İsrailin turizm nazirini qəbul etdi - YENİLƏNİB
SiyasətNaxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov Azərbaycan Respublikası Şahmat Federasiyasının vitse-prezidenti vəzifəsinə təyin edilib.
İqtisadiyyatMillimizin məşqçi heyəti Olimpiadaya görə qovuldu
İdman