Gündəm / Cəmiyyət
20 iyul 2022
24
Dövlət qurumu 900 minlik tenderdə qanunu belə pozdu
“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti tender qaydalarını kobud şəkildə pozub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən qurum Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini suyla təmin etmək məqsədiylə su nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (İkinci Şıxlı təsərrüfatı üzrə) obyekti üzrə tikinti işlərinin satınalınması ilə bağlı tenderə yekun vurub. Tenderin qalibi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi olub.
Tərəflər arasında imzalanan müqavilənin dəyəri 905 718.82 AZN təşkil edib.
Məsələ burasındadır ki, müsabiqənin qalibinin külli miqdarda vergi borcu var. Belə ki, Sumqayıt Melioservis İdarəsinin hazırda vergi borcu 104 174.22 manatdır.
Bu isə qanun pozuntusu deməkdir. İş burasındadır ki, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələbləri vergi borcu olan şirkətlərin tenderdə iştirakını istisna edir.
Əlavə edək ki, Sumqayıt Melioservis İdarəsi vergi borcu olduğu halda ötən ay 6 tenderin qalibi olub. İmzalanan bu müqavilələrin ümumi dəyəri 725 min manat civarındadır.
Qeyd edək ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyətinin direktoru Ramiz Vəkilovdur. Sumqayıt Melioservis İdarəsinin rəisi isə Orxan İmanlıdır.
Daha çox xəbər:
"Meliorasiya və Su Təsərrüfatı" 5 milyon manatlıq tenderə yekun vurub
Gündəm / SosialAraz su anbarının 2020-ci il üçün iş rejimi, Azərbaycan-İran arasında su bölgüsü müəyyənləşdirilib
Gündəm / Cəmiyyət / FotoDövlət qurumunda dəyişiklik: 26 idarə ləğv edildi
Gündəm / Cəmiyyətİki rayonun su təchizatının yaxşılaşdırılması ilə bağlı SƏRƏNCAM
Gündəm / Siyasətİlham Əliyev SƏRƏNCAM İMZALADI
Siyasət