Gündəm / Cəmiyyət
26 iyul 2022
14
Vilayət Eyvazovdan yeni TƏYİNAT - FOTO

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Milliinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.
O, bundan əvvəl Lənkəran Şəhər Rayon Polis Şöbəsində eyni vəzifədə çalışıb.

