Gündəm / Cəmiyyət
26 iyul 2022
24
İstanbulda taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başladı
Türkiyənin İstanbul şəhərində taxıl məsələsi ilə bağlı birgə koordinasiya mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İstanbulda “Ukrayna limanlarından taxılın təhlükəsiz daşınması üçün Anlaşma Təşəbbüsü” müddəalarına uyğun olaraq Birgə Koordinasiya Mərkəzi fəaliyyətə başlayıb. Rusiyalı ekspertlərdən ibarət qabaqcıl qrup bu gün İstanbula gedəcək və dördtərəfli formatda işə başlayacaq”, - deyə məlumatda bildirilir.
Rusiya nümayəndə heyətinə kontr-admiral Eduard Luyk başçılıq edir. Qeyd olunur ki, Birgə Koordinasiya Mərkəzində rusiyalı mütəxəssislərin əsas vəzifəsi təşəbbüsün praktiki həyata keçirmə mərhələsinə qədəm qoyması üçün bütün zəruri məsələlərin operativ həlli olacaq.
Mənbə: İzvestiya

Daha çox xəbər:

Ukrayna taxılını daşıyacaq əməliyyatın təfərrüatları açıqlandı
Gündəm / Cəmiyyət
Prezident Koordinasiya Mərkəzində Müşahidə Şurasının üzvlərinin sayını artırdı
Gündəm / Siyasət
Amerika Azərbaycanlılarının Koordinasiya Şurasının ilk toplantısı keçirilib
Siyasət / Dünya
Xankəndi və Şuşada Azərbaycan mobil şəbəkəsi fəaliyyətə başladı
Gündəm / Sosial
Hulusi Akardan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi ilə bağlı AÇIQLAMA
Gündəm / Siyasət