Gündəm / Siyasət
27 iyul 2022
29
"Hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır" - Əli Nağıyev

Bəzi qonşu ölkələrin ərazisindən bir sıra radikal dairələr regionda və Azərbaycan daxilində mövcud olan sabitliyin və əmin-amanlığın pozulmasına yönəlmiş fəaliyyəti mütəmadi davam etdirirlər.
Bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general polkovnik Əli Nağıyev iyulun 26-da Qırğızıstanın Çolpan-Ata şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXIV iclasında çıxışında deyib.
Əli Nağıyev, Ermənistandakı revanşist qüvvələrin təxribat niyyətlərindən hələ də əl çəkməməsi və bu ölkənin müxalifətinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə xələl gətirilməsi üçün ciddi-cəhdlə çalışmasının dərin təəssüf hissi yaratdığını nəzərə çatdırıb.
O bildirib ki, respublikamızın xüsusi xidmət orqanları tərəfindən daim ayıq-sayıqlıq qorunmaqla belə məqamların səbəb ola biləcəyi hər cür neqativ halların qarşısı qətiyyətlə alınacaqdır.

Daha çox xəbər:

Əli Nağıyevdən sabitliyi pozmağa çalışanlara XƏBƏRDARLIQ
Gündəm / Siyasət
Əli Nağıyev BQXK-nin vitse-prezidenti ilə görüşdü
Gündəm / Cəmiyyət
DSX İranın Sərhəd Qoşunlarının komandanına cavab verdi
Gündəm / Siyasət
"Otellərin göstərdikləri xidmətlərin keyfiyyətində problemlər var" - Fuad Nağıyev
Gündəm / Cəmiyyət
DTX bəzi şəxslərin adının daxil edildiyi siyahıya münasibət bildirdi
Hadisə