Gündəm / Siyasət
30 iyul 2022
20
Ermənilərin təxribatının qarşısı dərhal alınmalıdır - Zakir Həsənov
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb olunması ilə keçirilən xidməti müşavirədə çatdırıb.
Azərbaycan-Ermənistan dövlət sərhədindəki, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraitini və mövcud vəziyyəti geniş təhlil edən nazir qarşı tərəfin törədə biləcəyi istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.
Daha çox xəbər:
Zakir Həsənov xidməti müşavirə KEÇİRDİ
Gündəm / SiyasətZakir Həsənov xidməti müşavirə keçirdi
Gündəm / SiyasətMüdafiə naziri ehtimal olunan erməni təxribatlarının qarşısının alınması üçün göstəriş verdi
Gündəm / SiyasətZakir Həsənovdan TAPŞIRIQ: “Müasir silahların tətbiqinə hər an hazır olun”
Gündəm / CəmiyyətZakir Həsənovdan döyüş fəaliyyəti ilə bağlı ƏMR
Gündəm / Cəmiyyət