Gündəm / Dünya
02 avqust 2022
19
Rusiyanın İsveçdəki səfiri XİN-ə ÇAĞIRILDI
İsveç Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsevi Ukraynada öldürülən isveçli könüllü döyüşçü ilə bağlı səfirliyin sosial media hesabında yazılan şərhlərdən sonra Xarici İşlər Nazirliyinə çağırıb.
İsveç Xarici İşlər Nazirliyinə çağırılan Rusiya səfiri Viktor Tatarintsevə səfirliyin sosial media hesabında yazılan şərhlərin və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünün pisləndiyi bildirilib.
Nazirlik məsələ ilə bağlı əlavə şərh verməyib.
Bundan əvvəl Rusiya səfirliyinin sosial media hesabında edilən paylaşımda Ukraynada həlak olan isveçli könüllü döyüşçünün “ölməyə layiq olduğu” bildirilib.
Qeyd edək ki, İsveç Silahlı Qüvvələri ilə müqaviləsini başa vuran və Ukrayna ordusuna qatılan 30 yaşlı İsveç vətəndaşı ötən ay öldürülüb.
Daha çox xəbər:
"Finlandiya və İsveç bu vaxt NATO-ya üzv olacaq" - KİV
DünyaNazirlik: Rusiyanı XİN-in Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatı təəssüf doğurub
Gündəm / CəmiyyətTaxıl ixracı üçün işlərə başlanıldı
Gündəm / Dünya“Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq”
Gündəm / DünyaUkraynada döyüşlərlə bağlı son vəziyyət AÇIQLANDI
Cəmiyyət