Gündəm / İqtisadiyyat
03 avqust 2022
20
İqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı

İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla ““www.azexport.az” internet portalı haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.
Fərmana əsasən, “www.azexport.az” internet portalının fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar və “ASAN imza” sertifikatının verilməsi ilə bağlı informasiyalar portala inteqrasiya ediləcək.
Eyni zamanda, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərmana dəyişiklik edilib. Dəyişikliklə İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin edəcək. Həmçinin, Nazirliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirmək tapşırılıb.

Daha çox xəbər:

Səhiyyə Nazirliyinin vəzifələri ARTIRILDI
Gündəm / Cəmiyyət
Bu vəzifəli şəxslərin siyahısı genişləndirilib
Gündəm / Siyasət
İqtisadiyyat Nazirliyi vergiödəyicilərinə müraciət edib
İqtisadiyyat / Sosial
Prezident bu qanuna DƏYİŞİKLİK ETDİ
Gündəm / Siyasət
İqtisadiyyat Nazirliyinin bu səlahiyyəti LƏĞV EDİLDİ
Gündəm / İqtisadiyyat