Gündəm / Siyasət
04 avqust 2022
20
Əli Əsədovdan Şərqi Zəngəzurla bağlı SƏRƏNCAM

Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti nəqliyyat vasitələri ilə təmin olunacaq.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.
Sərəncama əsasən, Maliyyə Nazirliyi Xidmətlə və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Xidmətin dövlət qeydiyyatına alındığı gündən on beş gün müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.

Daha çox xəbər:

Azərbaycanda yeni publik hüquqi şəxs yaradıldı
Gündəm / Siyasət
Bu evlərin özəlləşdirilməsi proseduru müəyyənləşdi
Gündəm / Cəmiyyət
Bu qurumlara iki ay vaxt verildi - Baş nazirdən SƏRƏNCAM
Gündəm / Siyasət
BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi
Gündəm / Cəmiyyət
Azərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı
Gündəm / İqtisadiyyat