Gündəm / Cəmiyyət
05 avqust 2022
18
Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.
Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.
Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.
Daha əvvəl Dövlət Gömrük Komitəsinin yüksək vəzifə tutan üç əməkdaşı vəzifədən kənarlaşdırılmışdı.


Daha çox xəbər:

Səfər Mehdiyevin iki yaxın qohumu İŞDƏN ÇIXARILDI
Gündəm / Cəmiyyət
Azərbaycanda daha bir general saxlanıldı
Gündəm / Cəmiyyət
Gömrük Komitəsinə rəhbərlik edəcək şəxs kimdir? - DOSYE
Gündəm / Cəmiyyət
Gömrük Komitəsinin yeni sədr müavini kimdir? - DOSYE
Gündəm / Cəmiyyət
Prezident onu DGK-nin sədrinin birinci müavini təyin etdi
Gündəm / Siyasət