Gündəm / Cəmiyyət
06 avqust 2022
24
Şəhid qardaşı: “Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm”
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində şəhid olan əsgər Xudiyev Samir Səməd oğlunun “Qafqazinfo”ya danışan qardaşı Rəsul Xudiyev Samirin 13 ayın əsgəri olduğunu bildirib:
“Samirin tərxis olunmasına beş ay qalmışdı. Çox nümunəvi əsgər idi, Komandoda xidmət edirdi.
Əvvəl Qusarda xidmət edib, ötən ilin sentyabrından xidmətini Laçında davam etdirirdi. Qardaşımın şəhid xəbərini işdə olanda öyrəndim, “Instagram”da gördüm. Samirin sinif yoldaşı səhifələrin birindən məlumatı mənə göndərmişdi. Şəkil yox idi, ad-soyadı görəndə inanmadım, tez evə gəlib gördüm ki, camaat evin qarşısına toplaşıb. Atamın səhhətində problem olduğu üçün birinci əmimə zəng edib deyiblər. Samir mənim tək sirdaşım idi, indi bilmirəm ki, dərdimi kiminlə bölüşəcəm”.
Qeyd edək ki, əslən Füzulinin Əhmədalılar kəndindən olan Samir Xudiyev Sabunçu rayonu Elşən Məhərrəmov adına 137 nömrəli tam orta məktəbi bitirib.
Daha çox xəbər:
Daha bir əsgərimiz Laçında həlak oldu
Gündəm / CəmiyyətLaçında şəhid olan 4 ayın əsgəri Anar Kazımovun ürəkdağlayan - FOTOSU
Gündəm / Cəmiyyət"Rəfail nəslin yeganə oğul övladı idi" - Qubadlıda öldürülən hərbçinin anası
Gündəm / CəmiyyətAzərbaycan Ordusunun 7 hərbçisi şəhid olub, 10 nəfər yaralanıb - SİYAHI
Gündəm / Cəmiyyət"Müəlliməm zəng edib anama dedi ki, qızın burada oğlanlarla..." - İntihar edən 5-ci sinif şagirdi
Hadisə