Gündəm / Cəmiyyət
08 avqust 2022
25
Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq

Avqustun 9-da 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatacaq.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, müsabiqədə iştirak etmək istəyən namizədlər saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini məktəbəqədər təhsil üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Daha çox xəbər:

Məktəblərə direktorların işə qəbulu müsabiqəsi başlayır
Gündəm / Cəmiyyət
Peşə məktəblərinə işə qəbul müsabiqəsi elan edildi
Gündəm / Cəmiyyət
Bu gün müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üçün vakansiya seçiminə başlanılır
Gündəm / Cəmiyyət
Ali məktəb və kolleclərə yenidən ərizə qəbulu elan olundu
Gündəm / Siyasət
İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!
Təhsil