Gündəm / Cəmiyyət
11 avqust 2022
29

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə aldadıb

Sabiq bələdiyyə sədrinin bacısı qazini işə düzəltmək adı ilə aldadıb


Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Milliinfo.az apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi iclasda zərərçəkmiş Tural Təhməzli ifadə verib.

Zərərçəkmiş İlknur Turkuta işə düzəlmək məqsədi ilə müraciət etdiyini, bunun müqabilində isə ittiham olunan şəxsin işə düzəldəcəyi vədi ilə ondan 2 min manat pul aldığını deyib.

Tural Təhməzli məhkəmədə Vətən müharibəsi iştirakçısı olduğunu bildirib.

Hakim Rasim Sadıxov təqsirləndirilən şəxsdən zərərçəkmişə dəymiş ziyanı qısa müddətdə ödənilməsini istəyib: “Digər zərərçəkmişləri başa düşdük ki, dəymiş ziyanın məbləği çoxdur. Bu zərərçəkmişdə isə cəmi 2 min manat puldur, özü də müharibə iştirakçısıdır”.

İttiham olunan şəxs Tural Təhməzliyə dəymiş ziyanı ödəyəcəyini söz verib.

Proses avqustun 23-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.