Gündəm / Dünya
13 avqust 2022
15
Maliyyə piramidasının rəhbəri milyonları götürüb Bakıya qaçdı
Özbəkistanın paytaxtı Daşkənddə daha bir maliyyə piramidası dağılıb.
Milliinfo.az özbək mediasına istinadən xəbər verir ki, söhbət vətəndaşlara ev və avtomobillər verəcəyini vəd edən “Rayyona Qutlug” şirkətindən gedir.
Məlumata görə, avqustun 4-də maliyyə piramidasının yaradıcılarından biri şirkətin hesabından külli miqdarda pulu çıxarıb və Azərbaycana qaçıb. Qeyd olunur ki, şirkətin əməllərindən 300-ə yaxın əmanətçi zərər çəkib.
Zərərçəkmişlər bildirir ki, avtomobil üçün ilkin olaraq 4-5 min dollar, ev üçün isə 15-17 min dollar pul köçürüblər.
Zərərçəkmiş Mukaddas xanım deyir ki, pulla qaçan şirkət rəhbərlərindən biri Zafar Qulyamov həmin gün onunla teleqramda yazışıb. Bakıya qaçan Qulyamov xanıma səhhətindəki problemlər səbəbindən Hindistanda olduğunu və “narahat olmayın və hər şey yaxşı olacaq” deyib.
Şirkətin indiki rəhbəri Erkin Eqamberdiyevin vəkili Farxod Miraxmedov deyir ki, Qulyamov “Rayyona Qutlug” MMC-ni 2022-ci il yanvarın 10-da təsis edib və ona martadək rəhbərlik edib. Bu ilin 17 mart tarixindən isə rəhbərliyi hazırda Daşkənddə olan E. Eqamberdiyevə verib və artıq şirkətə qeyri-rəsmi rəhbərlik edib.
Vəkilin sözlərinə görə, avqustun 4-də Qulyamov Eqamberdiyevi tərəfdaşlarla görüş bəhanəsi ilə Moskvaya göndərib, özü isə pulu şirkət əməkdaşlarının bank kartına köçürməklə mənimsəyib və ölkə xaricinə gedib.
“Qulyamovda, həmçinin bankdan pulun çıxarılması üçün lazım olan açar olub. İlkin araşdırma zamanı biz müəyyən etdik ki, şirkətin ümumi dövriyyəsi 17 milyard sum (1,5 milyon dollar) təşkil edib. Sonuncu dəfə 40 milyon sum məbləğində (3,6 min dollar) pulun çıxarılması cəhdi avqustun 8-də olub. Hazırda Eqamberdiyevin bank hesabları bloklanıb”, - vəkil deyib.
Daha çox xəbər:
Gecə klubundakı partlayışda adı keçən şirkət kimindir? - YENİ ADLAR
Gündəm / Cəmiyyət"Ərim gecə saat 4-də məni döyüb çılpaq halda küçəyə atdı" - Evdən qaçan 5 uşaq anası - FOTOLAR
HadisəÖlmüş heyvanlarla danışan qadın külli miqdarda pul qazanır
Gündəm / Dünya“Səhiyyə naziri olacam” demişdi, 9 il həbs verildi
Gündəm / DünyaKüllli miqdarda dələduzluq edən şirkət rəhbəri həbs edildi
Gündəm / Cəmiyyət / Hadisə