Gündəm / İdman
15 avqust 2022
16
Qalib gəlmədiyimiz çexlər – “Qarabağ” ilki bacarmalıdır
“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen) ilə üz-üzə gələcək.
Azərbaycan klubları indiyə qədər beş dəfə avrokuboklarda Çexiya təmsilçilərinə rəqib olub. Baş tutan 10 qarşılaşmanın heç birində qələbə qazanmaq mümkün olmayıb.
İlk belə duel UEFA Kubokunun 1997/98 mövsümünə təsadüf edib. I təsnifat mərhələsində “Yablonets”ə rəqib olan “Qarabağ” səfərdə 0:5, Bakıda 0:3 məğlub olaraq mübarizəni dayandırıb.
Çempionlar Liqasının 2000/01 mövsümündə “Şəmkir” çexlərə ilişib. II təsnifat mərhələsində “Slaviya” ilə üz-üzə gələn komanda hər iki matçda uduzub – səfərdə 0:1, evdə 1:4.
“Slaviya” UEFA Kubokunun 2006/07 mövsümündə “Karvan”ın da yolunu kəsib. II təsnifat mərhələsində baş tutan duelin Çexiyadakı ilk matçında qolsuz heç-heçə qeydə alınıb. Bakıda isə rəqib iki cavabsız qolla mərhələ adlayıb.
Növbəti qarşılaşmalar “Qarabağ”ın adı ilə bağlıdır. Ağdam klubu Çempionlar Liqasının 2016/17 mövsümünün II təsnifat mərhələsində məhz “Viktoriya”ya rəqib olub. Çexiyadakı ilk görüş 0:0 başa çatıb. Bakıda isə qollu – 1:1 hesablı heç-heçə rəqibin mərhələ keçməsi üçün kifayət edib.
Həmin mövsüm yoluna Avropa Liqasında davam edən “Qarabağ” digər Çexiya klubu “Slovan”la eyni qrupa düşüb. Bu dəfə də nəticə uğursuz alınıb. Bakıda 2:2 heç-heçə edən “atlılar” səfərdə 0:3 uduzub.
“Qarabağ”la “Viktoriya” arasındakı ilk matç avqustun 17-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç 20:45-də start götürəcək.
Futbolpress.az

Daha çox xəbər:

“Qarabağ”ın potensial rəqibləri üz-üzə - AFİŞA
Gündəm / İdman
“Qarabağ” ÇL-də növbəti oyununa çıxır
Gündəm / İdman
"Qarabağ"ın “Viktoriya” ilə oyunlarının vaxtı bilindi
İdman
"Qarabağ"ın “Viktoriya” ilə oyunlarının vaxtı bilindi
Gündəm / İdman
Bu gün “Qarabağ”ın Çempionlar Liqası matçı var
Gündəm / İdman